Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏND


Digərləri 26 Yan 2020 23:45:00 151 0

Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏND

Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.

Son.az xəbər verir ki, Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.

1. Sosiallaşma

Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.

Alimlər sübut edib ki, uzunmüddətli dostluq əlaqələri idman etmək və ya siqareti tərgitmək qədər fiziki sağlamlığa müsbət təsir göstərir. Odur ki, dostlarınızla süfrə arxasında görüşməyə dəyər.

2. Şükranlıq və minnətdarlıq

Xoşbəxt anları qeyd etməklə əhvalınızı yaxşılaşdırırsınız. Minnətdar olduğunuz hər şeyi, hətta ən xırda hadisələri də xatırlayın. Beləliklə, daha nikbin və xoşbəxt olacaqsınız.

Tədqiqatlar göstərib ki, minnətdarlıq etməyi bacaran insan fiziki cəhətdən özünü daha möhkəm hiss edir. Həm də qəzəbə qarşı immunitetə malikdirlər.

Ancaq mütəxəssislər minnətdarlığın həddini aşmamağın vacib olduğunu da vurğulayıb. Dəftərinizə həftədə bir dəfə "Təşəkkür edirəm" qeydini yazmaq daha yaxşıdır.