Öldürücü vərdişlər hansılardır?


Digərləri 26 Yan 2020 23:39:00 132 0

Öldürücü vərdişlər hansılardır?

Sağlamlığı qorumaq üçün immun sisteminin vəziyyəti önəmlidir və immunitetin durumu daimi olaraq izlənməlidir.

Son.az yenicag.az-a istinadən bildirir ki, mütəxəssislər bunun üçün çox ziyanlı bir vərdişlərdən uzaq olmağı tövsiyə edirlər.

Öldürücü hesab olunan vərdişlər hansılardır?

1. Alkoqol istifadəsi. Alkoqol bütün orqanizmin sağlamlığına mənfi təsir göstərir.

2. Nikotin asılılığı. Siqaretdə ciddi xəstəliklərin inkişafına kömək edən çoxlu sayda maddə var. Onlar immuniteti zəiflədərək xəstəliklərə tutulma riskini artırır.

3. 7-8 saatdan az yuxu. Yuxu orqanizmin düzgün çalışması üçün bərpa rolunu oynayır. Az, nizamsız yatmaq immun sisteminə mənfi təsir edən əsas amillərdən biridir.