Ürək vurğularının sayı nə qədər yaşayacağınızı göstərir Hansı göstərici təhlükəlidir?


Digərləri 26 Yan 2020 22:35:00 137 0

Ürək vurğularının sayı nə qədər yaşayacağınızı göstərir  Hansı göstərici təhlükəlidir?

İnsanın ürəyinin ritmi, yəni nəbzin, vurğuların sayı onun ürəyinin vəziyyəti ilə yanaşı, gələcəkdə hansı problemlərlə üzləşəcəyini və az və ya çox yaşayacağını da təxmin etməyə imkan verir.

Son.az medicina.az-a istinadən bildirir ki, İsveç və Çin alimlərindən ibarət beynəlxalq qrup uzun müddətdir apardıqları araşdırmanın nəticələrində bunu sübut ediblər.

Onlar 1943-cü il təvəllüdlü 800 nəfər insanı 1993-cü ildən onların 50 yaşı olandan izləyiblər. Həyat tərzi, xəstəlikləri, qan və ürək müayinələri ilə yanaşı onların ürəyinin ritmi, yığılıb açılma sayı da bu illər ərzində qeydə alınıb.

İştirakçılar 4 qrupa ayrılıb:

- ürək vurğusu dəqiqədə 55 və az olan - ürək vurğusu dəqiqədə 55-65 olan - dəqiqədə 66-75 olan - dəqiqədə 75-80 və daha yuxarı olanlar

21 il ərzində bu insanlardan əsasən kişilərdən 119 nəfər 71 yaşında vəfat edib. 237 nəfərdə ürək-damar xəstəlikləri yaranıb 113 nəfərdə isə ürəyin işemik xəstəliyi aşkarlanıb.

Nəticələr göstərib, ölən və xəstələnənlərin ürək ritmi 65-75 və daha yuxarı olanlar olub.