Yaponiyada daha bir nəfər yeni növ koronavirusa yoluxub


Dünya 26 Yan 2020 21:05:00 150 0

Yaponiyada daha bir nəfər yeni növ koronavirusa yoluxub

Yaponiyada daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bu artıq ölkədə qeydə alınan 4-cü yoluxma faktıdır.

Bildirilir ki, yeni növ koronavirusa yoluxan şəxs çinli turistdir. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir.