İraqda növbəti toqquşmalar:


Dünya 26 Yan 2020 17:06:00 144 0

İraqda növbəti toqquşmalar:

İraqın Di-Kar əyalətinin Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində 30 nəfər aksiya iştirakçısı yaralanıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Əl Süməriyyə" kanalı məlumat yayıb.

Məlumata görə, yaralıların əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Qeyd edək ki, İraqda ötən ilin oktyabrından hökumətin istefası, korrupsiya və işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılması tələbilə aksiyalar keçirilir. Aksiyalar nəticəsində indiyədək 600-dən çox insan ölüb, 500 minə yaxın insan yaralanıb.