Əfqanıstanda toyda bir neçə qumbara partladılıb, xəsarət alanlar var


Digərləri 26 Yan 2020 16:22:35 118 0

Əfqanıstanda toyda bir neçə qumbara partladılıb, xəsarət alanlar var

Əfqanıstanın Host əyalətində toy mərasimi zamanı bir neçə əl qumbarası partlayıb

Bakı. Əfqanıstanın Host əyalətində toy mərasimi zamanı bir neçə əl qumbarası partlayıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 20 nəfər xəsarət alıb. Bildirilir ki, qumbaralar naməlum silahlı tərəfindən atılıb. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.