DYP İsmayıllıda baş verən ağır qəza ilə bağlı məlumat yaydı


Digərləri 26 Yan 2020 11:53:00 162 0

DYP İsmayıllıda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

Hadisə bu gün səhər saatlarında İsmayıllı yolunun Bilzan kəndi ərazisində qeydə alınıb

Bakı. Samir Əli - İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İsmayıllı yolunun Bilzan kəndi ərazisində qeydə alınıb. Bakıdan Qəbələyə gedən "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"da olan 2 nəfər ölüb, avtobusda olan 5 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.