Çində koronavirusa yoluxanların sayı 2002-ə, ölənlərin sayı 56-ə çatıb - YENİLƏNİB-3


Dünya 26 Yan 2020 09:19:00 96 0

Çində koronavirusa yoluxanların sayı 2002-ə, ölənlərin sayı 56-ə çatıb - YENİLƏNİB-3

​Çində koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı çoxalıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb. Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub.

Çin hakimiyyəti daha əvvəl 1975 nəfərin xəstəliyə yoluxması barədə xəbər yayıb.

***05:17

Çində koronavirusa yoluxanların sayı artıb.

"Report"un məlumatına görə, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi xəbər yayıb.

Məlumata görə, pnevmaniyanın yeni növünə yoluxanların sayı 1975 nəfərə çatıb. Qeyd edilir ki, koronavirusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, artıq 56nəfər yeni virusun qurbanı olub.

Komitənin məlumatına görə, xəstəliyə yoluxmuş324 nəfərinvəziyyəti ağırdır.

Daha əvvəlkoronavirusa yoluxanların sayının 1743 nəfərə çatdığı,54 nəfərinöldüyü bildirilirdi.

Koronavirusa yoluxma həmçinin Avstraliyada, Vyetnamda, Malayziyada, Nepalda, Koreya Respublikasında, Sinqapurda, ABŞ-da, Tailandda, Fransada və Yaponiyada qeydə alınıb.

***04:00

Çində koronavirusa yoluxanların sayı artıb.

“Report” TASS-aistinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət bildirib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 1743 nəfərə çatıb.Onlardan 54-ü ölüb.

Daha əvvəl 1372 nəfərin xəstəliyə yoluxduğu, 41nəfərin öldüyübildirilirdi.

***19:15

Çinin müxtəlif ərazilərində koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb.

Telekanalın məlumatına görə, hazırda Çində 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb, daha 39 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Daha əvvəl 1287 nəfərin xəstəliyə yoluxduğu bildirilirdi.