Türkiyədə zəlzələ qurbanlarının sayı 31-ə çatıb


Digərləri 26 Yan 2020 05:23:00 153 0

Türkiyədə zəlzələ qurbanlarının sayı 31-ə çatıb

Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

Bakı. Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib. Məlumata əsasən, zəlzələ nəticəsində 1547 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində 30 bina dağılıb, daha 81-nə ciddi ziyan dəyib. Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.