Aşura ziyarəti ilə bəlanın çarəsi


Digərləri 25 Yan 2020 23:55:00 149 0

Aşura ziyarəti ilə bəlanın çarəsi

Şeyx Həsən Fərid Gülpayiqani, müəllimi Ayətullah Hairidən nəql edir ki, buyurmuşdu: "O zaman ki, Samirrada təhsil almaqla məşğul idim, Samirranın əhalisi vəba və taun xəstəliyinə tutuldular.

Bir gün müəlimim mərhum Seyyid Muhəmmədin evində idik, mərhum Ağa Mirzə Muhəmmədtəqi Şirazi gəldi və söhbət vəba haqqında düşdü.

Mərhum Mirzə buyurdu: "Əgər mən hökm versəm, onu yerinə yetirmək lazımlı olar, yoxsa yox?".

Məclisdə olan hamı təsdiq etdi ki, lazımlı olar.

Alim buyurdu: "Mən hökm edirəm ki, Samirrada olan Əhli-Beyt (ə) davamçıları bu gündən başlayaraq on gün ərzində Aşura ziyarətini oxusunlar. Savabını isə İmam Zaman ağanın (ə.f) anası xanım Nərcisə (s.ə) hədiyyə etsinlər".

Məclis əhli bu hökmü Əhli-Beyt (ə) davamçılarına çatdırdılar.

Hamı Aşura ziyarəti oxumaqla məşğul oldu.