Günün qoroskopu: Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər


Digərləri 26 Yan 2020 00:01:00 163 0

Günün qoroskopu: Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Xeyriyyə aksiyaları və digər ictimai tədbirlərdə iştirak etmək, ehtiyacı olanlar üçün pul toplamaq olar. Bununla belə, kommersiya fəaliyyəti effektli olmayacaq, sərfəli sövdələşmələrə bel bağlamağa dəyməz.

Buğa - Bu gün pul və işlə bağlı məsələlərin müzakirəsi üçün münasibdir. Amma yeni layihələrə başlamaq tövsiyə olunmur: yəqin ki, onları lazımi səviyyədə reallaşdırmaq mümkün olmayacaq.

Əkizlər - Yeni tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər tez bir zamanda romantik xarakter alacaq. Xırdalıqlara qarşı diqqətli olun! Əks təqdirdə keçmişin problem və qayğıları yenidən aktuallaşa bilər.

Xərçəng - Konkret nəticə əldə etməyə yönəlmiş işlər üçün yaxşı gündür. Aydın məqsədinizin olması nəzərəçarpacaq uğurları əldə etməyə yardım edə bilər. Hər şeyin əleyhinizə olduğunu hiss etsəniz belə, təslim olmayacaqsınız. Tezliklə məlum olacaq ki, köməkçiləriniz və müttəfiqləriniz var. Risk etmək olar. Bu gün əldə edilən sövdələşmələr uğurlu olacaq.

Şir - Uğursuz gündür. Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər. Hisslərini cilovlamağa yalnız kənar tendensiyaların təsirinə qeyri-həssas adamlar nail olacaqlar. 

Qız - Ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır. Əgər işlər təxirə salınmamalıdırsa, çox ehtiyatlı olun. Bu gün ətrafdakılarla fikir ayrılıqları yarana bilər. Həyatdan narazılıq sizi düşünülməmiş addımlara vadar edə bilər. Nəsə vacib bir şeyi unutmaq və ya itirmək təhlükəsi var.

Tərəzi - Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.