Windows 7 hakerlərə gəlgəl deyir müdafiə sistemini


Digərləri 25 Yan 2020 22:25:00 140 0

Windows 7 hakerlərə gəlgəl deyir  müdafiə sistemini

Ötən həftənin ən əsas hadisələrindən biri də Microsoft şirkəti tərəfindən rəsmi olaraq Windows 7 əməliyyat sisteminə dəstəyin dayandırılması oldu. Bu qərar milyonlarla Windows 7 istifadəçisini məşhur "7"yə əvəzləyici axtarmaq məcburiyyətində qoydu. Microsoft yeni məhsulunu - Windows 10-u, Canonical isə Ubuntu əməliyyat sistemini tövsiyə etdi.

Bəs nə etməli?

Son.az ted.az-a istinadən bildirir ki, Azərbaycandakı istifadəçilər arasında sorğu keçirdik. Respondentlərdən  hansı əməliyyat sistemindən istifadə etdiklərini, mütəxəssisdən isə Windows 7 əməliyyat sisteminin törədə biləcəyi təhlükələr öyrəndik.

Hüquqşünas Mehman Muradlı: "Hazırda Windows 7 əməliyyat sistemindən istifadə edirəm".

BDU jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev: "Fərdi kompüterimdə Windows10 (Office 2013) əməliyyat sistemini istifadə edirəm".

Jurnalist Əzizə İsmayılova: "Mənim kompüterim Windows10 ilə işləyir".

Professor Nəsir Əhmədli: "Kompüterdə Windows 10 əməliyyat sistemindən istifadə edirəm".

Engineering for Kids STEM təhsil mərkəzinin direktoru Ceyhun Cabbarov: "Windows 10 əməliyyat sistemi".

Yazıçı Tural Cəfərov: "Windows 8 əməliyyat sistemi".

Jurnalist Ülviyyə Heydərova: "Windows XP əməliyyat sistemi".