Türkiyədə zəlzələdən sonra daha 2 nəfər xilas edilib


Dünya 25 Yan 2020 22:04:00 110 0

Türkiyədə zəlzələdən sonra daha 2 nəfər xilas edilib

Türkiyədə baş verən güclü zəlzələdən sonra xilasedicilər daha iki qadını dağıntılar altından çıxara biliblər.

Son.az Trend-ə istinadən bildirir ki, Elazığ vilayətində Əzizə adlı qadın dağıntılar altından çıxarılıb. O zəlzələdən 17 saat sonra xilas edilib.

Milli Tibbi Axtarış Qrupunun (UMKE) üzvü onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb və müvafiq tapşırıqlarını verib.

Zəlzələdən 19 saat sonra vilayətdə 65 yaşlı Aişə Yıldız da xilas edilb.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.