Qeybəti eşidən nə etməlidir?


Digərləri 25 Yan 2020 20:50:00 127 0

Qeybəti eşidən nə etməlidir?

Dinimizin nəzərinə görə, o kəs ki, qeybəti eşidər, qeybət edən kimi cəzaya malik olar. Məgər əgər qeybəti inkar edərsə, ya həmin şəxsin sözünü kəsərsə, ya məclisi tərk edərsə və ya qəlbində ona qəzəblənərsə - o zaman günah qazanmaz.

Əgər dilində deyərsə ki, sakit ol, ancaq qəlbində ona meyil edərsə - bu halda nifaq əhlindən sayılar. Ona görə də dindar insan müsəlman qardaşının qeybətini eşidən zaman, gərək onu inkar etsin. Əks halda o da günah qazanacaq və cəza alacaqdır.

Ona görə də deyə bilərik ki, qeybətə qulaq asmaq - onu etmək hökmündədir və hər kim bu qeybəti eşidən zaman onu inkar etməzsə, həmin şəxslə bu günahda şərik olar.

Çünki dini təlimlərimiz buyurur:

1. Qeybətə qulaq asan, qeybət edənin günahında şərik olar.

2. Qeybətə qulaq asmaq - qeybəti etmək kimidir.

3. O kəs ki, qeybətə qulaq asar - qeybət edənlərdən sayılar.

4. Qeybəti dinləyən - qeybət edənlərdən biridir.