İraqda etiraz aksiyalarında 4 nəfər həlak oldu


Digərləri 25 Yan 2020 20:02:00 117 0

İraqda etiraz aksiyalarında 4 nəfər həlak oldu

İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb

Bakı. İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb, daha 20-dən çox insan yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı bildirib. Məlumata əsasən, ən böyük miqyaslı etirazlar, Zi Kar vilayətindən başqa, paytaxt Bağdadda, eləcə də Kərbəla şəhərində keçirilib: "Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən odlu silahdan istifadə nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb".