Həzrət Fatiməni (s.ə) qəzəbləndirən – Allahı qəzəbləndirib


Digərləri 25 Yan 2020 19:50:00 158 0

Həzrət Fatiməni (s.ə) qəzəbləndirən – Allahı qəzəbləndirib

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: "Fatimə (s.ə) cəmadius-sani ayında, Allah Rəsulu (s) qırx beş yaşında olarkən anadan olmuşdur. O, Məkkədə səkkiz il, Mədinədə isə on il yaşadı. Atasının vəfatından doxsan beş gün sonra vəfat etdi.

O, Cəmadius-sani ayının üçüncü ongünlüyündə, hicrətin on birinci ilində vəfat etdi. Vəfat etməyinin səbəbi ikincinin Qunfuz adlı nökərinin, onun əmri ilə qılıncın qını ilə onu (Fatiməni (s.ə)) vurması oldu.

Belə ki, Möhsünü siqt etdi (düşürdü) və ağır xəstələndi. O, ona əziyyət verənlərin heç birini yanına buraxmırdı.

Allah Rəsulunun (s) iki səhabəsi Möminlərin əmiri Əlidən (ə) Fatimənin (s.ə) yanında şəfaətçi olmasını istədilər. İmam Əli (ə) də ondan, onları qəbul etməsini istədi. Fatimə (s.ə) də razılıq verdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, onlar onun hüzuruna daxil olub, soruşdular: "Ey Allah Rəsulunun (s) qızı, necəsən?". Fatimə (s.ə) buyurdu: "Allaha həmd olsun, yaxşıyam".

Sonra buyurdu: "Məgər eşitməmisiniz ki, Allah Rəsulu (s): "Fatimə - mənim bir parçamdır. Kim onu incidərsə, məni incidər. Kim məni incidərsə, Allahı incidər" - deyə buyurub? Allaha and olsun ki, siz məni incitdiniz".

Beləliklə də o iki nəfər onun hüzurundan çıxdıqları zaman Fatimə (s.ə) onlara qəzəbli idi".

(Mənbə:"Dəlailul-İmamət", Fatimənin (s.ə) vəfatı, dəfni və Möminlərin əmiri Əlinin (ə) başına gələnlər fəsli, hədis 43).