Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başlayıb (FOTO)


Digərləri 25 Yan 2020 15:44:24 182 0

Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başlayıb (FOTO)

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış po­losu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya ku­boku turniri davam edir.

Bakı. İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış po­losu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya ku­boku turniri davam edir. Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun Vətə­ni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbi­ətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançı­lar di­yarı olmasını nümayiş etdirir. 24 yanvar tarixinə təyin olunmuş ilk oyun günün­də Azər­bay­can idmançıları “Badrutt’s Palace Hotel” komandası ilə qarşı­laş­mışlar. 1985-ci ildən etibarən 36 illik tarixə malik qar üstündə dünya kubokunun daimi iştirakçılarından olan, oyunçularının handikapı çox yüksək olan “Badrutt’s Palace Hotel” ko­mandası idmançı­larımızın müqavimətini dəf edə bilməmişdir. Gər­gin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rə­qiblərini 8-4 he­sabı ilə məğlub etmiş­lər. Baş məşqçisi Namiq Orucov olan koman­da­mızın kapitanı Elçin Camallı qarşılaşmada xüsusi fərq­lənmiş, digər oyunçular – Rəşad Hə­sənov, Əli Rzayev, Pato Bolan­teiro, Agustin Kronhaus, Santiago Marambio də ümumi qələbənin əl­də olunmasında mühüm töhfə veriblər. Günün digər qarşılaşmasında “St. Moritz” komandası 6:31/2 he­sabı ilə “Mazetati” komandasına qalib gəlmişdir.