37 yaşlı kişi mənzildə ölü tapılıb


Digərləri 25 Yan 2020 15:19:00 129 0

37 yaşlı kişi mənzildə ölü tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Tomayev Renat Kolbekoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.