Honkonqda koronavirusa görə tətil elan edilib


Dünya 25 Yan 2020 13:27:21 142 0

Honkonqda koronavirusa görə tətil elan edilib

Honkonqda koronavirusa görə fevralın 17-dək məktəb və uşaq bağçaları bağlanılacaq.

Honkonqda koronavirusa görə fevralın 17-dək məktəb və uşaq bağçaları bağlanılacaq.

“Report” “South China Morning Post”a istinadən xəbər verir ki, bu barədə Honkonqun rəhbəri Kerri Lam məlumat verib.

Onun sözlərinə görə, təhsil ocaqlarının müvəqqəti bağlanması ilə yanaşı, bölgədəki 70 minlik marafon da təxirə salınıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 1300-ü ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Honkonq, Sinqapur, Cənubi Koreya, Tailand, Tayvan, Makao, Vyetnam, Nepal, Yaponiya, Avstraliya, Fransa və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələrə hazır olmağı tövsiyə edib.

Alparslan Öztürk