Bakıdakı avtobus qəzasında xəsarət alan 7 nəfər evə buraxıldı


Digərləri 25 Yan 2020 10:03:00 135 0

Bakıdakı avtobus qəzasında xəsarət alan 7 nəfər evə buraxıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb. Birlikdən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb: "Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".