Elazığda zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi... VİDEO


Dünya 25 Yan 2020 09:50:00 267 0

Elazığda zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi...  VİDEO

Elazığın Sivrice rayonunda baş verən 6,8 ballıq zəlzələdən sonra professor Naci Görürün 4 ay öncə təbii fəlakətlə bağlı verdiyi proqnozlar gündəm olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2019-cu ilin oktyabrında "CNN Türk" telekanalının qonağı olarkən həmin bölgədə zəlzələ təhlükəsinin olduğunu bildirmişdi.

Şərqi Anadoluda uzun müddət zəlzələ olmadığını xatırladan mütəxəssis riskli bölgələr arasında ötən gün zəlzənin baş verdiyi Elazığın Sivrice rayonunun da adını çəkmişdi.

Qeyd edək ki, son rəsmi məlumata görə, zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.