Bakıda sərnişin avtobusu KÖRPÜDƏN AŞDI:


Digərləri 25 Yan 2020 09:44:00 120 0

Bakıda sərnişin avtobusu KÖRPÜDƏN AŞDI:

Bakıda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.