Günün qoroskopu: Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla yadda qalacaq


Digərləri 25 Yan 2020 00:01:00 128 0

Günün qoroskopu: Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla yadda qalacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Çox uğurlu gündür. Döyüş əhval-ruhiyyəsindəsiniz. Odur ki, düşmənlərinizə yalnız acımaq olar. Bürcün nümayəndələri bu gün müxtəlif vəzifələrin öhdəsindən gələcək, peşəkarlıq nümayiş etdirəcək və ən çətin işlərdə uğur qazanacaqlar. Biznesmen Qoçlar işlərini genişləndirə bilərlər.

Buğa - Amma bunu etiraf etmək istəyi yoxdur. Çoxları gündəlik məsələləri unudaraq düşünmədən tamamilə perspektivsiz işlərə girişəcəklər. İş yerini dəyişmək tövsiyə olunmur. Maliyyə çətinlikləri mümkündür.

Əkizlər - Ünsiyyət dairəsini genişləndirmək istəyi çox güclüdür. Əkizlər yeni tanışlıqlara can atacaqlar. Bürcün tənha nümayəndələri düşünülməmiş hərəkətlə yol verə, hissə qapıla bilərlər. Artıq "yarısı"nı tapanlar isə nəfslərinə sahib çıxacaqlar.

Xərçəng - Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla yadda qalacaq. Başınıza gələn ideyalar ilk baxışdan gözəl görünsələr də, onları reallaşdırmaq ya çox çətin, ya da qeyri-mümkündür.

Şir - Gün işlərdə əhəmiyyətli irəliləyiş vəd edir. Düzgün qərarlar verə, irəliləməyə mane olan tələlərdən yayına, səhvsiz hərəkət edə biləcəksiniz. Rəhbərliklə söhbətlər yaxşı keçəcək. Nüfuzlu şəxslərlə görüş üçün əlverişli gündür. İş adamları fəaliyyət dairələrini genişləndirə biləcəklər.

Qız - Yeni işlərə başlamaq üçün yaxşı gündür. Siz qərarlı və enerjilisiniz, gücünüz qarşısında dayana biləcək hansısa maneəni təsəvvür etmək çətindir. Riskli fikirlər uğurlu olacaq. Siz çox şeyi qumara qoymağa və daha artığını qazanmağa qadirsiniz.

Tərəzi - Siz başqalarının maraqlarını özünüzünkülərdən daha yüksəkdə tutmağa meyllisiniz. Bu, yaxşı münasibətlərin saxlanmasına yardım etsə də, sizin özünüzdə əsl komfort hissi yaratmayacaq. Axşam ovqatınız korlana bilər. Bəzi Tərəzilər depressiya vəziyyətinə yaxındırlar.