BMTnin Baş katibi: XXI əsrdə "Apokalipsisin dörd atlısı" dünya üçün təhlükədir


Dünya 24 Yan 2020 21:54:00 140 0

BMTnin Baş katibi: XXI əsrdə "Apokalipsisin dörd atlısı" dünya üçün təhlükədir

XXI əsrdə "Apokalipsisin dörd atlısı" dünya üçün təhlükədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş rəhbərlik etdiyi qurumun Baş Assambleyasında deyib.

BMT rəsmisinin sözlərinə görə, əsas problem geosiyasi gərginlik, iqlim böhranı, qlobal inamsızlıq və texnoloji tərəqqidən sui-istifadə edilməsidir. O deyib: "Dünyamız dönüş nöqtəsinə yaxınlaşır. Dörd atlı görürəm. İlk atlı ən yüksək geosiyasi gərginlik məkanında görünür.

A.Quterreş vurğulayıb ki, dünyada yaşanan gərginlik səbəbindən, eləcə də terror aktlarında getdikcə daha çox insan ölür, bütün bəşəriyyət üçün nüvə təhlükəsi genişlənir və bu təhlükə artmaqda davam edir. İkinci Dünya müharibəsindən bu yana getdikcə daha çox insan doğma yerlərindən qaçmağa məcbur olur.

O bildirib ki, "Apokalipsisin ikinci atlısı" isə iqlim dəyişikliyidir. Bütün dünyada orta temperatur rekord qırmaqda davam edir və yaxın gələcəkdə milyonlarla canlı növü yox olmaq təhlükəsi ilə üzləşə bilər.