Latviyada hər üç nəfərdən biri...


Dünya 24 Yan 2020 21:48:00 102 0

Latviyada hər üç nəfərdən biri...

Latviyanın Milli Müdafiə Akademiyasının təhlükəsizlik və strateji tədqiqatlar mərkəzinin apardığı araşdırmanın nəticələrinə görə, ölkə əhalisinin 31 faizi hərbi müdaxilə olacağı təqdirdə ölkəni silahlanmış halda, əksəriyyəti isə qeyri-hərbi yolla müdafiə etməyə hazır olduqlarını ifadə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə analoji sorğu 2016-cı ildə də aparılmış və o vaxt respondentlərin 33 faizi silaha sarılmağa hazır olduqlarını söyləmişdilər.

Əvvəlki sorğudan fərqli olaraq, bu dəfə respondentlər ölkəni qeyri-hərbi yollarla müdafiə etməyə hazır olduqlarını da dəyərləndirə biliblər.

Respondentlərin 55 faizi, o cümlədən sorğuda iştirak edən latışdilli ailələrin 61 faizi və rusdilli ailələrin 42 faizi orduya yardım edərək qeyri-hərbi yolla ölkəni müdafiə etməyə hazır olduqlarını vurğulayıb. Sorğuda iştirak edənlərin 69 faizi münaqişənin gedişində zərər çəkənlərə yardım etməyə hazır olduqlarını bildirib.