Gürcüstanda şərab istehsalı rekord həddə çatıb


Dünya 24 Yan 2020 21:27:00 139 0

Gürcüstanda şərab istehsalı rekord həddə çatıb

Ötən il Gürcüstan dünyanın 53 ölkəsinə 94 milyon şüşə şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.

Vurğulanıb ki, bu göstərici ölkənin müstəqillik tarixində rekord həddir.

Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17 faiz artaraq 240 milyon ABŞ dollarına çatıb.