Azərbaycanda mobil operatorların gəlirləri məlum olub


Digərləri 24 Yan 2020 20:20:46 111 0

Azərbaycanda mobil operatorların gəlirləri məlum olub

Göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub

Bakı. Elçin Mehdiyev - 2019-cu il ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 2 milyard 197,9 milyon manatlıq xidmət göstərib. Trend-in məlumatına görə, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.