Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir


Digərləri 24 Yan 2020 18:34:00 177 0

Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin qeyri-hökumət təşkilatlarına (QHT) müraciətində deyilir.

Bildirilir ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat 2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat 3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər