Çində konsert verən italiyalı müğənni ölümcül virusa yoluxdu


Dünya 24 Yan 2020 17:24:00 108 0

Çində konsert verən italiyalı müğənni ölümcül virusa yoluxdu

İtaliyanın Bari şəhərində qadın koronavirusa yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qadın Çinin Uxan şəhərinə qastrola gedən müğənnidir.

Qeyd edək ki, dəhşətli epidemiya da məhz həmin şəhərdə başlayıb.

Qadında qızdırma və öskürək müşahidə olunub. Müğənninin adı açıqlanmır.

Hazırda o, mütəxəssislərin nəzarəti altında tibbi təcridxanadadır. Qadının analizlərini Romada "Lazzaro Spallanzani" İnfeksion Xəstəlikləri Milli İnstitutuna yollayıblar.