Sosial şəbəkədə yayılan videoya görə Gəncədə 2 tibb işçisi cəzalandırıldı


Digərləri 24 Yan 2020 16:41:00 157 0

Sosial şəbəkədə yayılan videoya görə Gəncədə 2 tibb işçisi cəzalandırıldı

Gəncə Şəhər 2 saylı Körpələr evində uşaqların bellərinə uzun corablar bağlanması faktı ilə əlaqdar 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Bakı. İlhamə İsabalayeva - Gəncə Şəhər 2 saylı Körpələr evində uşaqların bellərinə uzun corablar bağlanması faktı ilə əlaqdar 2 orta tibb işçisi ciddi cəzalandırılıb. Trend-in məlumatına görə, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyinin açıqlamasında bildirilir ki, son günlər sosial şəbəkədə yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yaradılıb: "Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması müəyyənləşib və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb". Müəssisə videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına da münasibət bildirib: