Nazilədən qəribə ad günü istəyi


Şou-biznes 24 Yan 2020 15:39:00 194 0

Nazilədən qəribə ad günü istəyi

Şairə Nazilə Səfərlinin ad günü üçün istədiyi hədiyyə təəcübləndirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, yanvarın 24-ü ad günün qeyd edən şairə maraqlı təklif irəli sürüb. O, bu barədə "İnstagram"da paylaşım edib.

Şairə ona hədiyyə etmək istəyənlərdən ad günü üçün gəlincik istəyib.

"Gəlincikləri toplayıb, kimsəsiz, oyuncaga həsrət balaca qızcığazlara bağışlayacam. Lütfən ciddi qəbul edin. Ünvan ,,Ona qalsa " verilişinin çəkiliş pavilionu",- deyə qeyd edib.