"Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də masaj üçün yağ var..."


Digərləri 24 Yan 2020 15:29:00 159 0

"Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də masaj üçün yağ var..."

ABŞ-lı aktrisa Anabela Şora (Annabella Sciorra) məhkəmədə məşhur prodüser Harvi Vaynşteynin əleyhinə ifadə verib.

Son.az Nyu-York Post-a istinadla xəbər verir ki, 59 yaşlı aktrisa Kann film festivalındaykən məşhur prodüserin onu zorlamaq istədiyini iddia edib.

Bir dəfə Harvi otağımın qarşısına gəlib, qapımı döydü. Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də uşaq masajı üçün olan yağ var", - deyə Annabela hakim qarşısında söyləyib.

Onun dediyinə görə çığır-bağır saldıqdan sonra Harvi oranı tərk etmək məcburiyyətində qalıb.

Anabela bildirib ki, sözügedən olay 1997-ci ildə Fransada, Harvi Vaynşteynin çəkdiyi "Cop Land" filminin təmsilçiləri kimi Kann festivalında iştirakı zamanı yaşanıb.