Putin özünə iki yeni köməkçi təyin etdi


Dünya 24 Yan 2020 13:39:00 140 0

Putin özünə iki yeni köməkçi təyin etdi

Rusiya Prezidenti Vladimir Putin iki yeni köməkçinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri təyin olunub.

Bundan başqa, Baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb.