Ötən il Gürcüstanda itkin düşən Azərbaycan vətəndaşı tapılıb


Dünya 24 Yan 2020 12:48:43 142 0

Ötən il Gürcüstanda itkin düşən Azərbaycan vətəndaşı tapılıb

Gürcüstanda ötən il itkin düşən Azərbaycan vətəndaşı tapılıb.

Gürcüstanda ötən il itkin düşən Azərbaycan vətəndaşı tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

2019-cu ildə qonşu ölkədə itkin əcnəbilərin siyahısında olan 2 Səudiyyə Ərəbistanı, 4 Belçika vətəndaşı, 1 Rusiya vətəndaşı, 1 İordaniya vətəndaşı da sağ-salamat aşkar olunub.

Hesabat ilində Gürcüstanda itkin düşən 1 Qazaxıstan vətəndaşının isə axtarışları nəticə verməyib.

İtkin düşənGürcüstan vətəndaşlarının sayı isə 185 nəfər təşkil edib. Onların 114-ü sağ-salamat, 10-u isə ölü tapılıb.