Könüllülərinin iştirakı ilə bilik yarışı keçiriləcək


Digərləri 24 Yan 2020 12:20:00 150 0

Könüllülərinin iştirakı ilə bilik yarışı keçiriləcək

Yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq

Bakı. Samir Əli - Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir: ""Xəmsə" formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq".