Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər (FOTO)


Digərləri 24 Yan 2020 11:52:36 133 0

Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər (FOTO)

Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar

Bakı. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Biləsuvar gəncləri tərəfindən davam etdirilib. Trend-in məlumatına əsasən, Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər. Təmizlik işləri aparan, ev, həyət və bağda səliqə-sahman yaradan gənclər ev sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbətlər edib və bu əsnada ev sahibi öz həyat hekayəsini gənclərlə paylaşıblar.