“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb


Digərləri 24 Yan 2020 10:23:00 183 0

“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb

Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək. İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı http://dim.gov.az/upload/iblock/165/165677805996bdc56ea3ead526b8a34b.pdf linkində yerləşdirilib.