Ekspert: Azərbaycan sənaye müəssisələrinin ekologiyaya vurduğu zərərin azaldılması üçün ciddi tədbirlər həyata keçirir


Digərləri 24 Yan 2020 10:29:00 101 0

Ekspert: Azərbaycan sənaye müəssisələrinin ekologiyaya vurduğu zərərin azaldılması üçün ciddi tədbirlər həyata keçirir

Azərbaycanda iqtisadi inkişafın artımı, sənayeləşmənin genişlənməsi ilə paralel olaraq, ekoloji tarazlığın qorunub saxlanması, sənaye müəssisələrinin ekologiyaya vurduğu zərərin azaldılması üçün ciddi tədbirlər həyata keçirilir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda iqtisadi inkişafın artımı, sənayeləşmənin genişlənməsi ilə paralel olaraq, ekoloji tarazlığın qorunub saxlanması, sənaye müəssisələrinin ekologiyaya vurduğu zərərin azaldılması üçün ciddi tədbirlər həyata keçirilir. Bunu Trend-ə ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir çox işlərin görüldüyünü xatırladan F.Cəfərov ölkəmizdə atmosferə atılan karbon dioksidin miqdarına ciddi nəzarətin edildiyini vurğulayıb. Bunun Avropa Komissiyasının hesabatında da öz əksini tapdığını deyən ekspert qeyd edib ki, 2018-ci ildə Azərbaycanda havaya buraxılan karbon dioksidin miqdarı 34.704 milyon ton, adambaşına düşən həcmi 3.5 ton olub. Azərbaycan havaya buraxılan karbon dioksidin həcminə görə dünya ortalamasının (4.968 ton) illik miqdarından daha aşağı səviyyədə qərarlaşıb. F.Cəfərov bu baxımdan Azərbaycanın Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistanla müqayisədə daha əlverişli mövqeyə sahib olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, istilik effektinin əmələ gəlməsində başqa amillərlə - səhralaşma, təbii qazların yaranması və s. ilə yanaşı, sənaye müəssisələrinin ətraf mühitə buraxdığı tullantıların da xüsusi əhəmiyyət daşıyır. Hazırda fəaliyyət göstərən yeni sənaye müəssisələri tullantıların düzgün idarəolunması məqsədilə yeni texnologiyalar tətbiq edirlər ki, bu da artıq öz müsbət nəticəsini verir: