Bakı məktəblərində qızları oğurlayan qadın peyda olub FOTO


Digərləri 24 Yan 2020 09:49:00 509 0

Bakı məktəblərində qızları oğurlayan qadın peyda olub  FOTO

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Xatırladaq ki, "Whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Deyilənə görə, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.