Merkel Türkiyəyə səfər edib


Dünya 24 Yan 2020 08:39:00 109 0

Merkel Türkiyəyə səfər edib

Almaniya Kansleri Angela Merkel Türkiyəyə səfər edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yanvarın 24-ü A.Merkel İstanbulda ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

Daha əvvəl Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert bildirmişdi ki, A.Merkelin səfərinin proqramına T.Ərdoğanla birgə Almania-Türkiyə Universitetinin yeni kampusunun açılışı, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.