Tramp demokratların praymerizinə qədər mitinq keçirəcək


Dünya 24 Yan 2020 05:44:38 121 0

Tramp demokratların praymerizinə qədər mitinq keçirəcək

​Tramp demokratların praymerizinə qədər mitinq keçirəcək

Bu il ikinci dəfə ABŞ prezidentliyinə namizəd olacaq respublikaçı Donald Tramp Nyu-Qempşir ştatında demokratların partiya seçkiləri (praymeriz) ərəfəsində özünün seçkiöncəsi mitinqini keçirməyə qərar verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

ABŞ-ın Demokrat partiyası namizədləri arasında praymerizi fevralın 11-də keçiriləcək.

Cümə axşamı Tramp özünün “Twitter”dəki hesabında praymerizdən bir gün əvvəl Mançester (ştatın paytaxtına) şəhərində mitinq keçirəcəyi barədə Ağ Evin jurnalistlərindən birinin xəbərini təsdiqləyib. "Həqiqət!", - deyə dövlət başçısı əlavə edib.

Bu, demokratların ikinci praymerizi olacaq. Birinci proses fevralın 3-də Ayovada keçiriləcək.