Stoltenberq: Türkiyə NATO-nun vacib müttəfiqidir


Digərləri 24 Yan 2020 05:32:00 141 0

Stoltenberq: Türkiyə NATO-nun vacib müttəfiqidir

Türkiyə NATO-nun vacib müttəfiqidir

Bakı. Türkiyə NATO-nun vacib müttəfiqidir. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Davos İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib. Y.Stoltenberq bildirib: "Biz Türkiyənin Şimali Atlantika Alyansında iştirakının vacibliyini dərk etməliyik. NATO Suriya və İraqla həmsərhəd olan Türkiyənin bazalarından və imkanlarından istifadə edir". Baş katib qeyd edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alma məsələsi NATO-nun həll etməli olduğu problemlərdən biri olaraq qalmaqdadır.