Avropa Parlamenti Komitəsi "Brexit"i təqdir edib


Digərləri 24 Yan 2020 03:19:00 106 0

Avropa Parlamenti Komitəsi "Brexit"i təqdir edib

Avropa Parlamentinin konstitusiya məsələləri üzrə Komitəsi təcili iclasda Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə razılaşmanı ("Brexit") təqdir edib

Bakı. Avropa Parlamentinin konstitusiya məsələləri üzrə Komitəsi təcili iclasda Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə razılaşmanı ("Brexit") təqdir edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Komitənin 26 üzvündən 23-ü sənədin lehinə, 3-ü isə əlehinə səs verib. Bildirilir ki, Avropa Parlamentinin plenar iclası razılaşma üzrə yanvarın 29-u səsvermə keçirəcək və bundan dərhal sonra sənəd Avropa İttifaqı Şurası tərəfindən formal olaraq təsdiq ediləcək.