Almaniya kansleri Türkiyəyə səfər edib


Dünya 24 Yan 2020 01:10:46 122 0

Almaniya kansleri Türkiyəyə səfər edib

​Almaniya kansleri Türkiyəyə səfər edib

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə prezidenti və Almaniya hökumətinin başçısı ikitərəfli əlaqələri və əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər. Ərdoğan və Merkelin danışıqlarında eləcə də Liviya və Suriyada yaranan vəziyyət müzakirə mövzularından olacaq.