Dəhşətli virus Rusiyanın ikinci paytaxtında


Dünya 23 Yan 2020 19:49:00 120 0

Dəhşətli virus Rusiyanın ikinci paytaxtında

Rusiyada ölümcül 2019-nCoV koronovirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, virusa yoluxduğu ehtimal olunan rusiyalı Şanxaydan Krasnoyarsk və Moskvadan keçid etməklə Sankt-Peterburqun Pulkovo aeroportuna gəlib.

Onun səhhəti barədə dəqiq məlumat verilmir. Ancaq "Telegram" kanalının məlumatına görə, uçuş zamanı onun temperaturu birdən-birə 38 dərəcəyə yüksəlib.

Müdafiə kostyumunda olan həkimlər onu xüsusi hermetik "günbəzli" yataqda aparıblar.

"Baza" Telegram kanalı bununla bağlı görüntüləri paylaşıb.

Kişinin olduğu aeroport isə xüsusi xlor tərkibli məhlulla təmizlənib.