Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat


Digərləri 23 Yan 2020 16:55:41 122 0

Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat

Almaniyanın Erfurt şəhərində ölkə ərazisinə saxta sənədlərlə daxil olmuş iki nəfərlə əlaqədar polis reydid keçirilib

Bakı. Almaniyanın Erfurt şəhərində ölkə ərazisinə saxta sənədlərlə daxil olmuş iki nəfərlə əlaqədar polis reydi keçirilib. Trend-in məlumatına görə, onlar erməni mafiyasına mənsub olmaqda şübhəli bilinirlər. Qeyd olunur ki, həmin iki nəfər Almaniyaya 20 il əvvəl saxta sənədlərlə və saxta ad altında daxil olub. Onların 2017-ci ildə rəqib erməni qruplaşmaları arasında atışmada iştirak etdiyi də ehtimal olunur. Polisin məlumatına əsasən, Almaniyada fəaliyyət göstərən erməni mafiyası 1990-cı illərin əvvəllərində əsasən Azərbaycandan Almaniyaya getmiş ermənilərdən ibarətdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin