Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb


Dünya 23 Yan 2020 16:20:00 124 0

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə "Erebuni Plaza" biznes mərkəzində kafelərin birində qeydə alınıb. Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.