İdlibdə döyüşlərdə ölən hərbçilərin sayı 50-yə çatıb, 100-dən çox yaralı var - YENİLƏNİB - VİDEO


Dünya 23 Yan 2020 15:19:00 151 0

İdlibdə döyüşlərdə ölən hərbçilərin sayı 50-yə çatıb, 100-dən çox yaralı var - YENİLƏNİB - VİDEO

Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə "Ən-Nusra" terrorçu qruplaşmasının silahlıları arasında ağır döyüşlər gedir.

Suriyanın İdlib vilayətində gedən ağır döyüşlərdə ölən hərbçilərin sayıartıb.

“Report” Türkiyə KİV-inəistinadən xəbər verir ki, Bəşşar Əsədə sadiq qüvvələr 50 hərbçisini itirib,yaralıların sayı isə 100-ü ötüb.

Hücumun ardından rejim hərbçiləri İdlibincənub-şərq hissələrindən geri çəkilib.

Məlumata görə, hücumu Türküstan İslam Partiyası və "Həyət Təhrir əş-Şam" terrorçu qruplaşmaları həyata keçiriblər.

Bu aradaAvropa İttifaqı Suriyanın İdlib bölgəsində mülki vətəndaşlara qarşı törədilən hava hücumlarının qəbuledilməz olduğunu bəyan edib və dayandırılmasına çağırıb.

Məlumatlara görə, son iki gündə İdlibdə mülki vətəndaşlara qarşı hücumlarda 39 nəfər ölüb. Hücumlarda Rusiya qırıcıları, Bəşşar Əsədə sadiq qüvvələr və İranın dəstəklədiyi terrorçu qruplaşmalariştirak ediblər.

*** 12:54

Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə "Ən-Nusra" terrorçu qruplaşmasının silahlılarıarasında ağır döyüşlər gedir.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Sülh Mərkəzi yayıb.

Belə ki, terrorçuların hücumu nəticəsindəBəşşər Əsədə sadiq ordunun 40 hərbçi ölüb, 80 nəfər isə yaralanıb. Mərkəz 50-yə yaxın terrorçunun öldürüldüyünü də əlavə edib. Eyni zamanda terrorçuların iki yaşayış məntəqəsini ələ keçirdiyi, rejim qüvvələrinin geri çəkildiyi bildirilib.

Suriya Müdafiə Nazirliyi isə “Ən-Nusra” terrorçularının səhər saatlarında hərbi məntəqəyə sızaraq hücuma başladığını yayıb.

Hazırda Suriya və Rusiyanın qırıcıları hazırda İdlibdə “Ən-Nüsrə” və digər silahlı qruplaşmaların mövqelərini bombalayır.

Xatırladaq ki, ayın əvvəlində Suriyanın dövlət KİV-i Dəməşqin hərbi əməliyyatları bərpa etdiyini açıqlamışdı.

Alparslan Öztürk

SYRIA: Footage released by @thiqanewsagency shows the moment a helicopter drops a barrel bomb onto the city of Ma'arat al-Nu'man in Idlib. pic.twitter.com/zIEcKcQHl1

— Conflict News (@Conflicts) January 23, 2020