Bakıya sulu qar və qar yağacaq


Digərləri 23 Yan 2020 14:19:12 137 0

Bakıya sulu qar və qar yağacaq

Yanvarın 24-də axşam, 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qarın yağacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva - Yanvarın 24-də axşam, 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qarın yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.