İdlibdə ağır döyüşlər gedir, 40 hərbçi ölüb, 80-i yaralanıb


Dünya 23 Yan 2020 12:54:17 133 0

İdlibdə ağır döyüşlər gedir, 40 hərbçi ölüb, 80-i yaralanıb

Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə rejimə müxalif silahlılar arasında ağır döyüşlər gedir.

Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə rejimə müxalif silahlılar arasında ağır döyüşlər gedir.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Sülh Mərkəzi yayıb.

Belə ki, müxalif silahlılarınhücumu nəticəsindəBəşşər Əsədə sadiq ordunun 40 hərbçi ölüb, 80 nəfər isə yaralanıb. Mərkəz 50-yə yaxın müxalif silahlının öldürüldüyünü də əlavə edib. Eyni zamanda müxaliflərin iki yaşayış məntəqəsini ələ keçirdiyi, rejim qüvvələrinin geri çəkildiyi bildirilib.

Xatırladaq ki, ayın əvvəlində Suriyanın dövlət KİV-i Dəməşqin hərbi əməliyyatları bərpa etdiyini açıqlamışdı.

Alparslan Öztürk